Ötən il tikilən və təmir olunan məktəblərin SAYI

16:43 09.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2023-cü ildə 40 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

 Bildirilib ki, həmin təhsil müəssisələrindən 3-ü peşə, 3-ü məktəbdənkənar, 1-i internattipli, 33-ü ümumi təhsil müəssisəsidir.

 

Nazirliyin məlumatına əsasən, Heydər Əliyev Fondu ötən il 20 təhsil müəssisəsində təmir-tikinti işi aparıb.

 

Həmçinin, 61 təhsil müəssisəsi (59 ümumi, 2 peşə) əsaslı, 890 təhsil müəssisəsi (853 ümumi, 20 peşə, 4 məktəbdənkənar, 12 internat, 1 kollec) cari təmir olunub.